BAKI, 5 yanvar. TELEQRAF
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Avropaya qayıda bilər.
Teleqraf İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu İngiltərə "Liverpul"unun maraq dairəsinə düşüb.
Mersisayd təmsilçisi Messini cari mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. 38 yaşlı oyunçunun DÇ-2026-ya daha yaxşı formada yollanmaq üçün bu keçidə müsbət yanaşacağı istisna edilmir.
Qeyd edək ki, MLS-də yeni mövsüm fevralın axırlarında başlayacaq. Lionel Messi son mövsüm ərzində keçirdiyi 49 oyunda 43 qol və 26 məhsuldar ötürmə müəllifi olub.