BAKI, 5 yanvar. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti” “Bornmut”un futbolçusu Antuan Semenyonun transferini tamamlayıb.

Teleqraf "Sport.es"ə istinadən xəbər verir ki, "şəhərlilər” 25 yaşlı hücumçunun transferini 48 saata açıqlayacaq.

“Mançester Siti” Antuan Semenyo üçün qarşı tərəfə 75 milyon avro ödəyib.

Xatırladaq ki, 25 yaşlı hücumçu cari mövsümdə bütün turnirlər üzrə 18 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.