BAKI, 5 yanvar. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu İtaliya "Latsio"sunun futbolçusu Matteo Genduzi ilə tam razılıq əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Roma klubunda illik 2,5 milyon avro qazanan Fransa yığmasının yarımmüdafiəçisi "sarı-lacivərdlilər"in illik 4 milyon avroluq təklifini qəbul edib.

Keçidin yaxın günlərdə reallaşacağı gözlənilir.

Qeyd edək ki, Matteo Genduzi 2023-cü ilin yayından "Latsio"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 16 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.