BAKI, 1 yanvar. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" baş məşqçi Enso Mareska ilə yolları ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

“Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə də daxil olmaqla, mövsümün dörd yarışında hələ də əsas hədəflər mövcud olduğu üçün Enso və klub hesab edir ki, dəyişiklik komandaya mövsümü yenidən düzgün məcraya qaytarmaq üçün ən yaxşı şansı verəcək. Ensoya gələcək karyerasında uğurlar arzulayırıq” - deyə, klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2024-cü ilin yayından “Çelsi”ni çalışdırıb.