BAKI, 16 dekabr. TELEQRAF

Braziliyanın “Kruzeyro” komandasının baş məşqçisi Leonardu Jardim istefaya göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Jardim fevraldan komandanın sükanı arxasında idi.

“Kruzeyro” 51 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Leonardu Jardim Fransada “Monako”, Portuqaliyada “Braqa”, “Sportinq”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” kimi komandaları da çalışdırıb.