BAKI, 16 dekabr. TELEQRAF

“Əsas hədəflərimizdən biri bu vaxta qədər “Sabah”la aramızda olan 14 xal fərqini aradan qaldırmaqdır. Xal qazanmaq istəyirik. Yeni baş məşqçi ilə məqsədimiz turnir cədvəlinin yuxarı pillələrində yer almaqdır”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin bosniyalı qapıçısı Kenan Piriç deyib.

31 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri matçdan və yeni baş məşqçi Yuri Vernidubdan söz açıb:

“Bu oyunda gördüyüm ən fərqli cəhətlərdən biri ilk hissədə intizamlı oynamağımız idi. Məni xoşbəxt edən məqam da məhz ilk hissədə göstərdiyimiz yaxşı oyun oldu. Əgər bunu gələcək matçlarda da davam etdirə bilsək, işlər daha yaxşı gedə bilər. İkinci hissədə isə nələr oldusa, oyunumuzu itirdik. İlk hissədəki oyun məni qane etdi. Düşünürəm ki, bu, yeni baş məşqçinin özünü göstərməsi və onun müsbət cəhətlərindən biridir”.

Ətraflı video: