BAKI, 16 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyununda insident yaşanıb.

Teleqraf-ın məlumatına görə, hadisə qarşılaşmanın 90+5-ci dəqiqəsində baş verib.

Belə ki, “Neftçi”nin futbolçusu Elvin Bədəlovla “Sumqayıt”ın oyunçusu Səbuhi Abdullazadə arasında yaranan mübahisə qısa müddətdə gərginləşib. Komanda yoldaşlarının müdaxiləsindən sonra tərəflər sakitləşdirilib və oyun bərpa olunub.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.