BAKI, 12 dekabr. TELEQRAF

“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah üçün Səudiyyə Ərəbistan klubu təklif göndərib.

Teleqraf xəbər verir ki, hələlik adı açıqlanmayan klub 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon funt (illik 140 milyon avro) məvacib təklif edib.

Hazırda danışıqlar davam edir. Əvvəllər Salah “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slot ilə münaqişəyə girmiş, onu hörmətsizlikdə ittiham etmişdi.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından bəri Mersisayd klubunda çıxış edir. “Qırmızılar”la birlikdə vinger Premyer Liqa, Çempionlar Liqası, daxili kuboklar, Klub Dünya Çempionatı və digər titullar qazanıb. Cari mövsümdə Misir futbolçusu klub səviyyəsində 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.