BAKI, 10 dekabr. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Teleqraf "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, misirli hücumçu ilə "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları maraqlanır.

33 yaşlı oyunçunun "Liverpul"un baş məşqçisi Arne Slotla mübahisə etdiyi üçün satışa çıxarılacağı gözlənilir. O, ötən gün UEFA Çempionlar Liqasında "İnter"i 1:0 hesabı ilə məğlub etdikləri oyunun iştirak ərizəsinə salınmamışdı.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından bəri "qırmızılar"ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.