BAKI, 3 dekabr. TELEQRAF
"Barselona"nın futbolçusu Dani Olmo İspaniya La Lqasının 19-cu turunda "Atletiko Madrid"ə (3:1) qarşı keçirilən təxirə salınmış oyunda zədələnib.
Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı ispaniyalı yarımmüdafiəçinin çiyni çıxıb.
Onun üç həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, Dani Olmo bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.