BAKI, 2 dekabr. TELEQRAF

Almaniya "Auqsburq"u baş məşqçi Sandro Vaqnerlə yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Vaqner iyulda "Auqsburq"la 3 illik müqavilə imzalamışdı. Komandanı müvəqqəti olaraq Manuel Baum çalışdıracaq.

Qeyd edək ki, "Auqsburq" 12 oyundan sonra 10 xal toplayaraq ölkə çempionatının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.