BAKI, 2 dekabr. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” və “Mançester Yunayted” Braziliyanın “Qremio” klubunun futbolçusu Luis Eduardonun transferinə maraq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Klublar artıq 17 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb, yaxın həftələrdə rəsmi təklif göndərəcəklər.

Futbolçunun “Qremio” ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Sazişdə 60 milyon avro məbləğində sərbəstqalma şərti də yer alıb.