BAKI, 2 dekabr. TELEQRAF

İspaniya La Liqasında ayın məşqçisi seçilib.

Teleqraf liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada “Vilyarreal”ın baş məşqçisi Marselino Qarsiya Toral layiq görülüb.

60 yaşlı mütəxəssis azarkeşlər arasında keçirilən səsvermədə Dieqo Simeone ilə (“Atletiko Madrid”) Hansi-Ditter Fliki (“Barselona”) qabaqlayıb.

“Vilyarreal” noyabrda “Rayo Valyekano” (4:0), “Espanyol” (2:0), “Malyorka” (2:1), eləcə də “Real Sosyedad”ı (3:2) məğlub etməyi bacarıb.

Qeyd edək ki, “Vilyarreal” 14 turdan sonra 32 xalla turnir cədvəlinin üçüncüsüdür.