BAKI, 1 dekabr. TELEQRAF

Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Kirill Keker vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "Kayrat" klubunun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.

Keker Qazaxıstanın U-19 komandası ilə birgə "Kayrat" klubunun akademiyasının rəhbəri idi. O, 2022-ci ilin yayında hazırda "Turan Tovuz"u çalışdıran Kurban Berdıyevin istefasından sonra Almatı təmsilçisinin baş məşqçisi təyin olunub. 2024-cü aprelində istefaya göndərilən Kirill Keker daha sonra 4 ay müddətinə "Ordabası"nın sükanı arxasına keçib.