BAKI, 27 noyabr. TELEQRAF

“Liverpul” rəhbərliyi baş məşqçi Arne Slotun mümkün istefası ilə bağlı artıq alternativ namizəd müəyyənləşdirib.

Teleqraf “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, klubun yeni baş məşqçi postu üçün əsas favorit Ancelos Postekogludur.

Mersisaydlıların sahibləri avstraliyalı mütəxəssisin iş prinsipinə yüksək dəyər verir və onu komandanın idarə olunması üçün ideal seçim hesab edirlər.

Xatırladaq ki, Arne Slot 2024-cü ilin yayında “Liverpul”a baş məşqçi təyin olunub və onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının çempionu olub. Postekoglu isə son olaraq “Nottingem Forest” klubunu çalışdırıb.