BAKI, 21 noyabr. TELEQRAF

Məşhur "Marca" nəşri İspaniyada 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi və futbolçusunu seçib.

Teleqraf xəbər verir ki, bu ada ötən mövsüm La Liqa çempionu olan "Barselona"nın baş məşqçisi Hansi Flik və komandanın gənc ulduzu Lamin Yamal layiq görülüblər.

Flikə "Miqel Munyoz", Yamala isə "Alfredo Di Stefano" mükafatı verilib.

"Barselona" ötən mövsüm La Liqadan başqa İspaniya Super Kubokunu da əldə edib.

Qeyd edək ki, Hansi Flik 2024-cü ilin yayından "Barselona"nın baş məşqçisidir. Lamin Yamal ötən mövsüm ərzində keçirdiyi 35 oyunda 9 qol və 15 məhsuldar ötürmənin müəllifi olub.