BAKI, 21 noyabr. TELEQRAF

"Qarabağ" UEFA Çempionlar Liqasının oyunları üçün Joni Montieli iştirak ərizəsinə daxil edib.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli" ilə qarşılaşacaq. Matç Bakı vaxtilə 00:00-da start götürəcək.