BAKI, 20 noyabr. TELEQRAF
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda keçirilən UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Teleqraf xəbər verir ki, millimiz Bolqarıstana 1:5 hesabı ilə darmadağın olub.
Komandamız ilk oyunda Monteneqroya 0:1 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 23-də Moldovaya qarşı olacaq.