BAKI, 17 noyabr. TELEQRAF

Türkiyə milli komandasının heyətində dəyişikliklər olub.

Teleqraf xəbər verir ki, “ay-ulduzlu” yığmanın futbolçuları Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu zədə səbəbindən, İsmail Yüksek isə cəzalı durumda olduğu üçün heyətdən çıxarılıb.

Əvəzində "Qalatasaray"dan Ahmed Kutucu milliyə çağırılıb.

Qeyd edək ki, Türkiyə millisi növbəti oyununu səfərdə İspaniyaya qarşı keçirəcək. Görüş noyabrın 18-də baş tutacaq.