BAKI, 12 noyabr. TELEQRAF
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının qalibi olmaqla “Qızıl top” mükafatı arasında seçim barədə suala cavab verib.
Teleqraf xəbər verir ki, ulduz futbolçu bu barədə açıqlamasında belə deyib:
“Daha bir dünya çempionluğu, yoxsa daha bir "Qızıl top"? Təbii ki, daha bir dünya çempionluğu. Klub sahibi olmaq, yoxsa baş məşqçi? Mən klub sahibi olmağı seçərdim”.
Qeyd edək ki, karyerası ərzində Messi səkkiz dəfə “Qızıl top”un qalibi olub və bir dəfə – 2022-ci ildə dünya çempionatını qazanıb.