BAKI, 12 noyabr. TELEQRAF

“Azərbaycan ilk oyundan sonra kifayət qədər artırıb. Çox çətin mübarizə olacaq. Burada heç bir motivasiya əskikliyindən söhbət gedə bilməz”.

Teleqraf xəbər verir ki, bu sözləri İslandiya yığmasının kapitanı Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Sabah bizi çətin çətin oyun və çətin rəqib gözləyir. İlk oyuna və 5:0 hesaba qətiyyən fikir vermirik. Azərbaycan millisi ilk oyundan sonra kifayət qədər inkişaf edib” - deyə, o, qeyd edib.

Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.