BAKI, 12 noyabr. TELEQRAF

“Barselona”nın prezidenti Joan Laporta sabiq hücumçu Lionel Messi haqqında danışıb.

Teleqraf xəbər verir ki, Laporta ulduz futbolçu baraədə "Mundo Deportivo"ya açıqlama verib.

“Bütün işlər istədiyimiz kimi alınmadı. Əgər hörmət göstərmək bir şəkildə görülməyənləri düzəldə bilsəydi, bu yaxşı olardı. Messinin klubda oyunçu kimi qayıda biləcəyi barədə fərziyyələr yersizdir” - deyə, Laporta qeyd edib.

Qeyd edək ki, Messi 2003–2021-ci illərdə “Barcelona”nın heyətində çıxış edib. Bu müddət ərzində hücumçu 778 matçda 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Messi 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya Kubokunu qazanıb və 4 dəfə Çempionlar Liqasını qazanıb.