BAKI, 11 noyabr. TELEQRAF

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf Berqamo təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Raffaele Palladino təyin olunub.

41 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

Palladino ötən mövsüm "Fiorentina"nı çalışdırıb, lakin yayda klub rəhbərliyi ilə yaranan fikir ayrılıqlarından sonra komandadan ayrılıb. O, "Atalanta"da istefaya göndərilən İvan Yuriçi əvəzləyib.

Qeyd edək ki, "Atalanta" A Seriyasının 11 turundan sonra 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.