BAKI, 11 noyabr. TELEQRAF

Lamin Yamal İspaniya yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Gürcüstan və Türkiyə seçmələri ilə keçiriləcək oyunlarını buraxacaq.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya Krallığı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli komandanın məşqçilər korpusu 18 yaşlı hücumçunun sağlamlığını riskə atmamaq üçün onu heyətdən çıxarmaq qərarına gəlib. Yamala 7-10 gün istirahət tövsiyə olunub.

Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstanla, 18-də isə evdə Türkiyə ilə qarşılaşacaq.