BAKI, 11 noyabr. TELEQRAF
İngiltərəli mütəxəssis Stiven Cerrard Çempionşip klubunun baş məşqçisi ola bilər.
Teleqraf "The Sun" qəzetinə istinadən xəbər verir ki, 45 yaşlı məşqçi ilə "Midlsbro" komandası danışıqlar aparır.
Klub rəhbərliyi Cerrardı Rob Edvardsın yerinə təyin etmək istəyir.
Digər namizədlər arasında həmçinin "Bornmut" və "Vulverhempton"un keçmiş baş məşqçisi Qari O Nil və "Valensiya"dan Karlos Koberan da var.
Son qərarın gələn həftənin əvvəlində veriləcəyi gözlənilir.
Qeyd edək ki, Stiven Cerrard əvvəllər "Reyncers" və "Əl-İttifaq"ı çalışdırıb.