BAKI, 9 noyabr. TELEQRAF
“Hər iki tərəf azarkeşlərinin 44-cü dəqiqədə yaratdığı atmosfer alqışalayiq idi”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının “Zəfər turu”nda evdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
“Neftçi”də son zamanlar irəliləyiş var. Onlar düşünülmüş hücumlar edirlər. Belə davam etsələr rəqiblərə heç də asan olmayacaq. Penalti epizoduna gəlincə, Elçin Məsiyev elə-belə penalti verməz. Onun Avropada böyük təcrübəsi var”, - deyə Qurbanov bildirib.