BAKI, 5 noyabr. TELEQRAF
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Fransanın “Nant” klubunu qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəqibin qollarını 17-ci 76-cı dəqiqələrdə Moustapha Dabo hər ikisini penaltidən vurub. Masazır təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Anar Hüseynov fərqlənib.
Xatırladaq ki, “Sabah” Fransada keçirilən ilk oyunda rəqibinə 0:5 hesabıyla uduzub.