BAKI, 3 noyabr. TELEQRAF

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin oyunlarıının başlama saatı müəyyənləşib.

Teleqraf Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.

Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.

Bütün görüşlər Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.