BAKI, 25 oktyabr. TELEQRAF

İngiltərənin “Mançester Yunayted" klubunun sabiq futbolçusu Qari Nevill Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Teleqraf xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Nevill 1992-ci ildən 2011-ci ilə qədər "Mançester Yunayted"də oynayıb. O, səkkiz dəfə Premyer Liqa çempionu olub, altı dəfə isə Peşəkar Futbol Assosiasiyasının "İlin Komandası"na daxil edilib.