BAKI, 24 oktyabr. TELEQRAF

İspaniya polisi "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın evindən oğurluq etməkdə şübhəli bilinən cütlüyü həbs edib.

Teleqraf xəbər verir ki, 44 yaşlı qapıçının Madriddəki evindən bahalı saatlar oğurlanıb.

Oğrular hər birinin dəyəri 50 000 avrodan çox olan bir neçə qızıl saatın hissələrini dəyişiblər. Təqsirkarlardan biri uzun müddət klubda xadimə, digəri isə mühafizəçi işləyib.

Qeyd edək ki, Kasilyas karyerasını 2020-ci ildə başa vurub. O, Dünya Kubokunun (2010) və iki dəfə Avropa Çempionatının (2008 və 2012) qalibi olub. Ulduz qapıçı "Real Madrid"in heyətində 5 dəfə İspaniya liqasının, 2 dəfə Kral Kubokunun və 4 dəfə İspaniya Superkubokunun qalibi olub.