BAKI, 19 oktyabr. TELEQRAF

İngiltərəli baş məşqçisi Qrem Potter tezliklə İsveç millisinin sükanı arxasına keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Expressen” nəşri məlumat yayıb.

“Çelsi”, “Brayton” və “Vest Hem”in keçmiş baş məşqçisi artıq İsveç Futbol Assosiasiyası ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

50 yaşlı mütəxəssis daha əvvəl İsveçdə çalışıb. O, 2011-2018-ci illərdə "Östersund"un baş məşqçisi olub.