BAKI, 18 oktyabr. TELEQRAF
İngiltərənin “Nottingem Forest” klubu baş məşqçi Anqelos Postekoqlu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klub X sosial şəbəkəsində məlumat yayıb.
Buna səbəb Premyer Liqanın VII turunda “Çelsi”yə 0:3 hesabı ilə məğlubiyyət olub. 60 yaşlı mütəxəssis bu ilin sentyabr ayında vəzifəyə təyin olunmuşdu.
Beləliklə, Postekoqlu 39 günlük fəaliyyəti ilə klub tarixində bir mövsüm ərzində ən qısa müddət işləyən baş məşqçi kimi rekorda imza atıb.
Qeyd edək ki, Anqelos Postekoqlunun rəhbərliyi altında “Nottingem Forest” bütün turnirlərdə 8 oyun keçirib, 6 məğlubiyyət alıb və 2 dəfə heç-heçə edib”. Çelsi” UEFA Çempionlar Liqasının IV turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.