BAKI, 18 oktyabr. TELEQRAF
“Atletik”dən yeganə tanıdığım futbolçular Niko Uilyams və qardaşı İnyaki Uilyamsdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kamilo Duran deyib.
23 yaşlı kolumbiyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyada “Atletik Bilbao”ya qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb: “Rəqib haqqında əlavə şərhə ehtiyac yoxdur. Güclü komandadır, biz bunu bilirik. Lakin oraya məqsədimizə çatmaq, yəni 3 xal qazanmaq üçün gedəcəyik”.
Duran həm bir neçə mövqedə çıxış etməyin onun üçün problem yaratmadığını bildirib: “Baş məşqçi məni hansı mövqedə oynatsa, o mövqedə çıxış etməyə hazıram. Əlimdən gələni edəcəyəm ki, komandama daha çox fayda verim. Fərqi yoxdur, istər yarımmüdafiəçi, istər cinah müdafiəçisi, istərsə də hücumçu kimi oynayım”.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.