BAKI, 16 oktyabr. TELEQRAF

Niderland yığmasının sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyasının rəsmi saytında məlumat yayılıb.

Xatırladaq ki, Klyuvert 2025-ci il yanvarın 8-dən iki illik müqavilə əsasında bu posta keçmişdi. Klyuvertin rəhbərliyi altında İndoneziya yığması 8 oyun keçirib, 3 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət əldə edib.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis daha öncə Türkiyənin “Adana Dəmirspor” klubunu çalışdırıb.