BAKI, 16 oktyabr. TELEQRAF

“Barselona”nın hücumçusu Lamin Yamal ən çox təhlükəli epizod və qol ötürmələri yaradan futbolçuların reytinqinə görə birincidir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat yayıb.

18 yaşlı vinger 100 xal toplayaraq siyahının mütləq lideri olub. Reytinqdə son altı ay ərzində futbolçuların milli çempionatlarda çıxışları əsas götürülüb.

İkinci yeri “Real Madrid”in oyunçusu Arda Güler (98,1 xal), üçüncü yeri isə “Barselona”nın digər futbolçusu Rafinya Dias (95,3 xal) tutub.

Dördüncü pillədə “Liverpul”un ulduzu Məhəmməd Salah (95,2 xal), beşinci yeri isə “İnter”dən Federiko Dimarko və “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne (93,3 xalla) hər ikisi toplayıb.