BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ukrayna yığmasının qollarını Oleksey Qutsulyakla (30-cu dəqiqə) Ruslan Malinovski (64) vurublar.
Azərbaycan millisinin yeganə qolunun müəllifi isə rəqibin müdafiəçisi Vitali Mikolenko olub. O, 45+3-cü dəqiqədə topu öz qapısına göndərib.
Bununla da Ukrayna yığması xallarının sayını 7-ə çatdırıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin 1 xalı var.
***
00:09
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, görüşün 64-cü dəqiqəsində Ruslan Malinovski komandasını önə keçirib - 2:1.
***
13 oktyabr, 23:50
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə start götürüb.
Teleqraf xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşdə hesab bərabərdir - 1:1.
Görüşdə hesabı 30-cu dəqiqədə Oleksey Qutsulyak açıb. 45+3-cü dəqiqədə isə Vitali Mikolenko topu öz qapısına göndərib.
***
13 oktyabr, 23:36
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşdə hesab bərabərdir - 1:1.
Görüşdə hesabı 30-cu dəqiqədə Oleksey Qutsulyak açıb. 45+3-cü dəqiqədə isə Vitali Mikolenko topu öz qapısına göndərib.
***
13 oktyabr, 23:34
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
Teleqraf xəbər verir ki, görüşün 45+3-cu dəqiqəsində rəqibin müdafiəçisi Vitali Mikolenko topu öz qapısına göndərib.
***
13 oktyabr, 23:16
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşün 30-cu dəqiqəsində meydan sahibi komandanın hücumçusu Oleksey Qutsulyak adını tabloya yazdırıb.
***
13 oktyabr, 22:45
DÇ-2026-nın seçmə mərhələsində D qrupunun Ukrayna - Azərbaycan oyununa start verilib.
Teleqraf xəbər verir ki, avstriyalı FIFA referisi Sebastyan Qishamerin idarə etdiyi görüş Polşanın Krakov şəhərində keçirilir.