BAKI, 13 oktyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələ matçında üz-üzə gələcək Ukrayna və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.
Teleqraf xəbər verir ki, komandalar Polşada keçiriləcək oyuna aşağıdakı "11-lik"lə çıxacaqlar:
Ukrayna: Anatoli Trubin, Yefim Konoplya, Vitali Mikolenko, Nikolay Matviyenko (k), İlya Zabarnı, Oleksey Quçulyak, Ruslan Malinovski, Yeqor Yarmolyuk, Oleq Oçeretko, Artyom Dovbik
Azərbaycan: Şahrudin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Anatoli Nuriyev, Emin Mahmudov (k), Abbas Hüseynov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybullayev, Nəriman Axundzadə.
Qeyd edək ki, “Krakoviya” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.