BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Krakovda Ukrayna seçməsi ilə qarşılaşacaq.