BAKI, 10 oktyabr. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə vəsiqə qazanan klubların adı dəqiqləşib.

Teleqraf xəbər verir ki, I təsnifat mərhələsinin son günündə 2 görüş baş tutub.

"Göygöl" evdə "Şəmkir"i 1:0 hesabı ilə məğlub edibsə, "Quba" isə evdə "Xankəndi"yə 1:2 hesabla uduzub

Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0), "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edib.