BAKI, 4 oktyabr. TELEQRAF

“Araz-Naxçıvan”ın futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.

Teleqraf klubun rəsmi saytlna istinadən xəbər verir ki, qapıçı oktyabrın 9-da Rumıniya ilə keçiriləcək yoldaşlıq, eləcə də ayın 14-də Estoniya ilə rəsmi matç üçün açıqlanmış heyətdə yer alıb.

O, oktyabrın 6-dan 15-dək ölkəsinin millisinin düşərgəsində olacaq.