BAKI, 3 oktyabr. TELEQRAF

İngiltərə təmsilçisi “Tottenhem” yarımmüdafiəçi Rodriqo Bentankurla müqaviləni yeniləyib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı uruqvaylı futbolçu ilə 2026-cı ilin iyununda başa çatmalı olan müqavilənin vaxtı uzadılıb.

Yeni anlaşmanın müddəti açıqlanmayıb, sadəcə uzunmüddətli olduğu bildirilib.

Qeyd edək ki, Bentankur 2022-ci ilin yanvarında “Yuventus”dan “Tottenhem”ə transfer olunub. O, London klubunun heyətində 122 oyun keçirib və 9 qol vurub.