BAKI, 3 oktyabr. TELEQRAF

“Qəbələ"ninfutbolçusu Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi dünya çempionatında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Çilidə 20 yaşadək futbolçular arasında keçirilən turnirdə “Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.