BAKI, 3 oktyabr. TELEQRAF
AFFA rəsmiləri UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə İllik Konfrans-2025-ə qatılıblar.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir Yunanıstanın paytaxtı Afinada keçirilib.
Konfansda AFFA-nı Lisenziyalaşdırma və Qeydiyyat departamentinin rəhbəri Seymur Səlimli və maliyyə meneceri Bəhram Dadaşov təmsil ediblər.