BAKI, 2 oktyabr. TELEQRAF

Minifutbol üzrə 2025/2026-cı il mövsümünün püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Radisson Baku hotelinin “Dan Ulduzu” zalında baş tutan tədbirdə Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov, baş katib Orxan Hüseynov, rəsmi şəxslər və media mənsubları iştirak edib.

Çempionata yeddi yeni komanda qoşulacaq. Format olduğu kimi qalıb. Yəni Liqa və pley-off mərhələləri üzrə iki hissədən ibarək olacaq.

Yeni mövsüm oktyabrın 21-22-də start götürəcək. Aprelin əvvəlində artıq çempionat başa çatacaq. Bu da yığmanın baş məşqçisi Elşad Quliyevin rəhbərliyi ilə minifutbol üzrə Slovakiyada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi ilə əlaqədardır.