BAKI, 26 sentyabr. TELEQRAF
“Barselona”nın baş məşqçisi Hansi Flik keçirdiyi 67 oyunun 50-də qalib gələrək klub tarixində üçüncü ən yüksək nəticəni göstərib.
Teleqraf xəbər verir ki, 60 yaşlı almaniyalı mütəxəssis bu uğura La Liqanın VI turunda “Real Oviedo” üzərində 3:1 hesablı qələbədən sonra nail olub.
Flikin hesabında ümumilikdə 67 oyunda 50 qələbə, 8 heç-heçə və 9 məğlubiyyət var.
Qeyd edək ki, “Barselona”nın tarixində Flikdən daha tez 50 qələbəyə yalnız Luis Enrike (60 oyunda) və Elenio Errera (64 oyunda) çatıb.