BAKI, 22 sentyabr. TELEQRAF
"Kəpəz" klubu baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Adil Şükürov iyundan "Kəpəz"in sükanı arxasında idi.