BAKI, 18 sentyabr. TELEQRAF

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Benfika”nın baş məşqçisi olub.

Teleqraf xəbər verir ki, bu barədə Lissabon təmsilçisi “X” sosial şəbəkə hesabında rəsmi məlumat yayıb.

Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Benfika" "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.