BAKI, 9 sentyabr. TELEQRAF
Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev istefaya göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Bolqarıstan Futbol Federasiyası mütəxəssisə peşəkarlığına, fədakarlığına və milli komandaya qoyduğu səylərə görə təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayır", - deyə bildirilir.
Bolqarıstan millisi DÇ-2026-nın seçmə mərhələsində evdə İspaniyaya, səfərdə isə Gürcüstan seçməsinə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, İlian İliyev 2023-cü ilin noyabrından Bolqarıstan yığmasına rəhbərlik edirdi.