BAKI, 6 sentyabr. TELEQRAF

İstefa vermək fikrim yoxdur".

Bu sözləri milli komandanın baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, fəaliyyətinə davam edəcəyini bildirib: “Mənim müqaviləm bitməyib. Öz işimdəyəm. Növbəti oyunlara çalışıb, daha yaxşı hazırlaşacağıq". Santuş biabırçı məğlubiyyətə görə özünü günahkar bilməyib: “İlk hissənin sonunda qol buraxdıq. İstədim 4:3 sistemə keçim. Amma artıq komanda ruhdan düşmüşdü. Bu, mənim deyil, bütün komandanın məsuliyyətidir”.

Baş məşqçi komandasının onun verdiyi tapşırıqları düzgün yerinə yetirmədiyini vurğulayıb: ”İlk hissə yaxşı müdafiə oluna bildik. Mən soyunub-geyinmə otağına girəndə oyunçuların hamısının başı aşağı idi. Belə tez ruhdan düşməməlidirlər. Əksinə, başımızı dik tutmalıyıq. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara keçək. Ancaq ilk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə onlara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi. Mən məğlubiyyəti və vəziyyəti başa düşürəm. Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik".