BAKI, 2 sentyabr. TELEQRAF
Almaniya təmsilçisi “Bayer” bir transfer pəncərəsi ərzində futbolçulara çəkilən xərclərə görə Bundesliqanın rekordunu qırıb.
Teleqraf xəbər verir ki, Leverkuzen klubu yeni oyunçulara 198 milyon avro sərf edib ki, bu göstərici artıq liqanın rekordudur.
Ən bahalı beş transfer arasında Malik Tillman və Jarell Quansa (hərəsi 35 milyon), Eliesse Ben-Seqir (32 milyon), həmçinin İqnasiо Fernandes və Loik Bade (hərəsi 25 milyon) yer alıb.
Qeyd edək ki, daha əvvəl rekord “Leyptsiq”ə məxsus idi. Klub 2023/2024 mövsümünün bir transfer pəncərədində transferlər üçün 187 milyon avrosundan keçmişdi.